Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv
ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının
iyunda 432 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz
dəstəyini ifadə edib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, iyun ayı
üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda
gündəlik xam neft hasilatının 7 min barrel artırılaraq 695 min
barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barrel
həcmində olması nəzərdə tutulur.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul
ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərara əsasən
gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər
edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.