Xəbər - Ləman Zeynalova – Trend:
OPEC+ öz bazar mövqelərinə zərbə vurmadan qeyri-müəyyənliklə mübarizə aparmalıdır.
Bunu AzerTimes-a siyasi risklər və energetika məsələləri üzrə niderlandlı ekspert Siril Viddershoven deyib.
O bildirib ki, dünya bazarında COVID-19-un mümkün dalğaları ilə əlaqədar tərəddüdlər müşahidə olunduğu üçün OPEC+ bazar mövqelərinə zərbə vurmadan qeyri-müəyyənliyin öhdəsindən gəlməyin cavabını tapmalıdır: “Dünyada xam neft qiymətlərinin mövcud səviyyəsini nəzərə alsaq, elan olunan neft hasilatının artırılmasını davam etdirmək hazırda ən uyğun variantdır”.
Ekspert qeyd edib ki, gələcək tələb baxımından OPEC+un COVID-19-la əlaqəli yeni hadisələr reaksiyası çox güclü olmayacaq, çünki bu, qorxu kimi qələmə verilə bilər: “Neft hasilatının artması təqdirində qiymətlə potensial tələb artacağı halda belə əvvəlki səviyyədə qalacaq. Əsas göstəricilər bütün dünyada güclü iqtisadi artımı nümayiş etdirir, hətta başlıca Asiya ölkələri də sıraya qayıdıb. COVID-19-un yeni dalğalarının təsiri əvvəlkindən az olacaq, çünki vaksinasiya həcmi artır. OPEC-ə daxil olmayan ölkələr tərəfindən əlavə hasilat hələ də gözləniləndən aşağıdır, ona görə də artıq neft həcmlərinin yaranması variantı çox real deyil”.
Твиттер: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)