Ötən gün OPEC ölkələrinin nazirləri arasında keçirilən iki saatlıq görüşdə yanvar ayında növbədənkənar iclasın keçirilməsi barədə razılıq əldə edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə “TASS” danışıqlarda iştirak edən mənbə xəbər verib.
Mənbənin sözlərinə görə, yanvarda keçiriləcək növbədənkənar iclasda OPEC ölkələri təşkilatın yeni baş katibini seçəcəklər:
“Görüş başa çatdı. OPEK+ ölkələrdən ayrı olaraq yanvarda növbədənkənar iclas keçirmək barədə razılaşdıq. İclasda yeni baş katib seçiləcək”.
Mənbə növbədənkənar iclasın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.
Qeyd edək ki, OPEC-in baş katibi vəzifəsini 2016-cı ildən Məhəmməd Barkindo tutur. Onun səlahiyyətlərinin ikinci müddəti 2022-ci ilin iyul ayında başa çatır.