OPEC+ ölkələri oktyabrda neft hasilatını artırıb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

2021-ci ilin oktyabrında OPEC+ ölkələri neft hasilatını 490 min barel/sutka artıraraq 36,82 milyon barel/sutkaya çatdırıb.

AzerTimes-in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) noyabr hesabatında deyilir.

Qeyd olunur ki, hasilat əsasən Səudiyyə Ərəbistanı və Rusiyanın hesabına artıb. Belə ki, Səudiyyə Ərəbistanı hasilatı 9,8 milyon barel/sutkayadək, Rusiya isə 9,91 milyon barel/sutkayadək artırıb.


Hesabata əsasən, Səudiyyə Ərəbistanı OPEC+ sazişini 101 faiz, Rusiya isə 92 faiz icra edib.

Ümumilikdə, oktyabr ayında OPEC ölkələri hasilatın azaldılması ilə bağlı sazişi 124 faiz, OPEC+ ölkələri isə 116 faiz yerinə yetirib.