OPEC+ monitorinq komitəsi neft hasilatının 400 min barel/sutka
səviyyəsində artırılması qərarını aprel ayı üçün qüvvədə
saxlayıb.
Trend bu barədə
TASS agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, monitorinq komitəsinin iclası 21 dəqiqə davam
edib və tərəflər mövcud qərarın qüvvədə saxlanmasını
qərarlaşdırıb.
Daha sonra keçirilən OPEC+ nazirlər komitəsinin iclasında da bu
qərar dəstəklənib. Nazirlər komitəsinin iclası 10 dəqiqədən az
davam edib.
OPEC+ nazirlər komitəsinin növbəti iclası martın 31-də nəzərdə
tutulub.