OPEC üzv ölkələri nazirlərinin avqust ayından etibarən hasil olunacaq neft həcmlərinin müzakirəsi ilə bağlı iclası başlayıb.
AzerTimes-ın məlumatına görə, iclas iyunun 30-a planlaşdırılsa da, Rusiya baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman əl-Səuda məsləhətləşmələr üçün daha çox vaxt tələb olunduğuna görə iclas iyulun 1-ə keçirilib.
Mütəxəssislərin fikrincə Rusiya və Səudiyyə Ərəbistanı gələcək saziş barədə artıq ilkin razılığa gəlib. Qeyd olunur ki, OPEC+ böyük ehtimalla hasilatı avqustdan dekabradək 2 milyon barel/sutka azaldacaq.
(Tərcümə: Orxan Nəbiyev)