OPEC+ monitorinq komitəsi neft hasilatının artırılması ilə bağlı tövsiyə verib

Xəbər - Orxan Nəbiyev – Trend:

OPEC+ monitorinq komitəsinin iclasında nazirlər üzv ölkələrə neft hasilatının 400 min barel/sutka artırılması üzrə planı davam etdirməyi tövsiyə edib.

Trend-in məlumatına görə, OPEC+ komitəsinin iclası qısa müddət davam edib.

Nazirlər artıq mövcud olan hasilatın 400 min barel/sutka artırılması planını nəzərdən keçirib.

Qeyd olunur ki, noyabr ayı üçün hasilatın artırılmasının eyni səviyyədə qalması məqsədəuyğun hesab edilib.

Teqlər: