OPEC bu il neftə qlobal tələbatın azalacağını proqnozlaşdırır

Ukraynadakı vəziyyət və koronavirus pandemiyasının təsirlərinin
davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

Trend xəbər
verir ki, bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə
dair hesabatında açıqlayıb. Kartelin proqnozuna görə, 2022-ci ildə
dünya üzrə neftə gündəlik tələbat 400 min barrel azalaraq 100,5
milyon barrel olacaq.

Geosiyasi gedişatla yanaşı, koronavirusun “omikron” ştamının
Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində
neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft
istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il
ərzində orta hesabla 11,2 milyon barrel olacağını qeyd edib.

Teqlər: