Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycanda maye karbohidrogenlərin hasilatı 2020-ci ildə 0,06 milyon barel/sutka azaldıqdan sonra 2021-ci ildə 0,03 milyon barel/sutka artacaq və 0,76 milyon barel/sutka təşkil edəcək.
Trend bu barədə OPEC-ə istinadən məlumat verir.
Bundan əvvəlki hesabatda təşkilat Azərbaycanda hasilat həcmini 0,73 milyon barel/sutka səviyyəsində proqnozlaşdırırdı:
“Azərbaycanda fevral ayında maye karbohidregen hasilatı əvvəlki ayla müqayisədə azalaraq 0,74 milyon barel/sutka təşkild edib. Mart ayında həmin göstərici gözlənilir”.
Qaz-kondensat dəniz yataqlarından qaz kondensatının hasilatı yanvar ayında rekord həddə çataraq sutkada 193 min barel təşkil edib.
Hesabatda deyilir ki, fevral və mart aylarında hasilat barədə ilkin məlumatlar sutlada 45 min barel azalma olduğunu və hasilatın 148 min marel/sutkayadək azaldığını göstərir.
(Tərcümə: Orxan Nəbiyev)