OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilat həcmini açıqlayıb

Xəbər - Fatimə Zülfüqar – Trend:

2021-ci ilin may ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,02 milyon barel artaraq 0,72 milyon barel/sutka təşkil edib.

AzerTimes bu barədə OPEC-in hesabatına istinadən məlumat verir.

May ayında xam neft hasilatı aprel ayı ilə müqayisədə 0,01 milyon barel artaraq 0,59 milyon barel/sutka təşkil edib.

Mayeləşdirilmiş təbii qaz istehsalı isə 0,13 milyon barel/sutka təşkil edərək aprel ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd edək ki, Azərbaycan 2021-ci ilin iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib.

Azərbaycanda iyunda gündəlik neft hasilatı (kondensatla birlikdə) 705,1 min barrel olub. Bunun 610 min barrelini xam neft, 95,1 min barrelini isə kondensat təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: