Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının orta
hesabla 0,8 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bu,
2021-ci ilin hasilat göstəricilərindən 0,06 milyon barel/sutka
çoxdur.
Trend bu barədə
OPEC-in aylıq hesabatına istinadən məlumat verir.
Eyni zamanda, təşkilat Azərbaycanda hasilatı əvvəlki hesabatla
müqayisədə 6 min barel/sutka azaldıb. Bu, 2022-ci ilin ilk rübündə
Azərbaycanda hasilatın gözləniləndən az olması ilə əlaqədar
olub.
Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda maye
karbohidrogenlərin hasilatı əvvəlki illə müqayisədə 0,01 milyon
barel/sutka artaraq 0,74 milyon barel/sutka təşkil edib.
“Ümumilikdə, Azərbaycanda maye karbohidrogen hasilatı aprel
ayında əvvəlki ayla müqayisədə 8 min barel/sutka artaraq orta
hesabla 575 min barel/sutka təşkil edib. 2022-ci ildə Azərbaycanda
yeni layihələrin işə salınması gözlənilmir. “Azəri-Çıraq-Günəşli”
blokunda neft hasilatının azalması “Şahdəniz” kimi yataqlarda
hasilatın artması hesabına qismən kompensasiya olunacaq”, –
hesabatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)