Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,02 milyon barel/sutka artaraq orta hesabla 0,75 milyon barel/sutka təşkil edəcək.
Trend bu barədə OPEC-in hesabatına istinadən məlumat verir.
Eyni zamanda, 2022-ci ildə proqnozlara əsasən, hasilat 0,07 milyon barel artaraq 0,82 milyon barel/sutkaya bərabər olacaq: “2021-ci ilin iyul ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,04 milyon barel artaraq 0,73 milyon barel/sutka təşkil edib. Əvvəlki ayla müqayisədə isə hasilat dəyişməz qalıb. Ümumilikdə neft hasilatı orta hesabla 608 min barel/sutka təşkil edib.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)