Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.
Trend bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin dekabrında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,75 milyon barel/sutka təşkil edib.
“Ümumilikdə, neft hasilatı əvvəlki ayla müqayisədə 6 min barel/sutka azalaraq orta hesabla 595 min barel/sutka təşkil edib. 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub. 2022-ci ildə sutkada 0,08 milyon barel artım proqnozlaşdırılır”, – hesabatda deyilir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)