Onun Kazana gəlişi bu faktın təsdiqidir – Anand

Onun Kazana gəlişi bu faktın təsdiqidir – Anand

BMT-nin Baş katibi Antonio Quterreşin Kazanda keçirilən BRİKS sammitinə səfəri assosiasiyanın Qərb üçün əhəmiyyət kəsb etdiyini göstərir.

AzerTimes xəbər verir ki, bunu BRİKS Ölkələrinin Beynəlxalq Forumunun prezidenti Purnima Anand deyib.

“BMT-nin baş katibinin Kazana gəlməsi sammitin beynəlxalq əhəmiyyət kəsb etdiyini göstərir.

Bu gün Kazan Yer üzündəki ən təhlükəsiz yerə çevriləcək və dünyanın bir çox lideri Kazana gələcək. Bu, həqiqətən də çox vacib bir konfransdır, çünki hazırda dünyada çox yüksək təlatüm var”, – P.Anand bildirib.

Qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS-in sammiti keçiriləcək.

Teqlər: