Onun Azərbaycana qarşı nifrətinin səbəbi… – Deputat

Onun Azərbaycana qarşı nifrətinin səbəbi… – Deputat

Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın Azərbaycana qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenın ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar. Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq, sahiblərinin könlünü xoş etmək istəyirlər”, – Asim Mollazadə bildirib.

Millət vəkili əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya mediasında dəfələrlə məlumatlar dərc edilib. Sadəcə, hakim partiyanın üzvü olduğuna görə onunla bağlı istintaq yekunlaşmır:

“Şvabe həmişə olduğu kimi, bu dəfə də öz sözünü yox, sifariş aldığı sahiblərinin sözünü deyir”.

Teqlər: