“Onu oxut”, daha gözəl dünya qur

“Onu oxut”, daha gözəl dünya qur

Cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start verdi.

AzerTimes xəbər verir ki, “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasında toplanan məbləğlər hesabına sosial həssas qruplardan olan tələbələrə təqaüd veriləcək: https://bit.ly/rhttqv.

2023/2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq ali məktəbə daxil olan tələbələr həssas insanların ianələri ilə daha rahat təhsil imkanına sahib olacaqlar. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 20-dən çox tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib.

Aksiyaya qoşulmaq və gənclərin parlaq gələcəyinə işıq tutmaq üçün ianələri Fondun veb-saytı https://bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək mümkündür.

Xatırladaq ki, ötən tədris ilində “Onu oxut” aksiyasından dəstək istəyən 26 tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib. Aksiya çərçivəsində xeyirxah insanların ianəsi ilə 43 590 AZN toplanıb. Layihəyə 16 donor qoşulub. Onların dəstəyi ilə 21 990 AZN olamaqla 11 tələbənin təhsil haqqı ödənilib, 15 tələbəyə isə 10 ay müddətində 21 600 AZN məbləğində təqaüd verilib.

Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Siz də “Onu oxut” layihəsinə qoşularaq ali təhsil almaq istəyən gənclərə dəstək ola bilərsiniz. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək hər kəsi bu aksiyaya ianə etməyə çağırırıq.

Qeyd edək ki, Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Teqlər: