Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycana xaricdən gələn insanlar və yerli vətəndaşlar əsasən onlayn xəritələrdən istifadə edirlər.
Bunu Trend-ə İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.
O bildirib ki, Azərbaycanda ən çox istifadə olunan onlayn xəritə “Google Maps”dir.
““Google Maps” qlobal şirkətdir və onun Azərbaycanda nümayəndəliyi yoxdur. Buna görə məlumatlar dürüst olmaya bilər. Qlobal xəritələrdə toponimlərin yenilənməməsi zaman-zaman problemlər yaradır. Belə problemi aradan qalıdrmaq üçün fərdi, rəsmi və toplu şəkildə “Google” şirkətinin mərkəzi ofisinə müraciət etmək lazımdır. “Google”da yanlışlıqla bağlı müraciət etmək üçün xüsusi bir sistem də var”.
Ekspert qeyd edib ki, bu səbəbdən dəqiqliyə görə Azərbaycan xəritələrinə baxmaq lazımdır. Buna “GoMap”-i misal göstərmək olar. Bu onlayn xəritədə toponimlər daim yenilənir.