Onlayn notarial xidmətlərlə bağlı digər banklarla da əməkdaşlıq edilə bilər

Xəbər - Samir Əli – Trend:

Hazırda notarial mobil tətbiq vasitəsilə 12 növ müxtəlif notarial xidmətlərin rəsmiləşdirilməsi həyata keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə Ədliyə Nazirliyi və Paşa Bank tərəfdaşlığı ilə notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, nəticədən asılı olaraq başqa banklarla da bənzər əməkdaşlığın yaradılması gələcək zamanda düşünülə bilər.


“PAŞA Bank ilə bu layihənin nəticəsindən asılı olaraq gələcəkdə digər banklarla da əməkdaşlıq qurula bilər. Hazırda notarial mobil tətbiq vasitəsilə 12 növ müxtəlif notarial xidmətlərin rəsmiləşdirilməsi həyata keçirilir. PAŞA Bank ilə bu, ilk təcrübəmiz olduğu üçün onlayn qaydada yalnız ümumi şərtlər toplusunun təsdiqi xidməti ilə bankın müştərisi olmaq üçün rəsmiləşdirmə aparıla bilir”,- A.Səmədzadə deyib.

Teqlər: