Qərbin Rusiyaya qarşı sektoral və şəxsi sanksiyaları Avropa ölkələri ilə ikitərəfli münasibətlərin tamamilə pozulmasına səbəb olub.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Sektoral və şəxsi sanksiyalar bir çox Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin tamamilə pozulmasına səbəb olub. Ticari, iqtisadi və biznes əlaqələri bizim xəttimizlə deyil, digər tərəfdən bağlanıb. Qərbin irəli sürdüyü siyasi səbəblərdən şirkətlərin Rusiya bazarından kütləvi çıxışı təhrik edilib, sənaye, elm, təhsil, idman sahələrində qarşılıqlı fəaliyyət, transsərhəd əməkdaşlığı dayandırılıb”, – Rusiya rəsmisi söyləyib.
Zaxarova vurğulayıb ki, NATO və Avropa Birliyinin çətiri altında olan Qərb dövlətlərinin anti-Rusiya kursu siyasi dialoqun davam etdirilməsinə ciddi əngəl yaradır.