Onlarla alman diplomat Rusiyada arzuolunmaz şəxs elan edilib

Almaniyanın Rusiyadakı səfiri Geza fon Qayr Xarici İşlər
Nazirliyinə (XİN) çağırılıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya XİN bildirib.

Qeyd olunub ki, səfirə Almaniyanı Rusiyadakı diplomatik
müəssisələrinin ümumilikdə 40 əməkdaşının arzuolunmaz şəxs elan
olunması barədə nota verilib.

Məlumata əsasən, Rusiya bu addımı Almaniya hökumətinin analoji
addımına cavab olaraq atdığını açıqlayıb.