Minatəmizləmə ilə məşğul olan şəxslərin iş stajı fərqli hesablanmalı, əməkhaqları yüksək olmalıdır.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov noyabrın 4-də parlamentdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minaaxtaranlar öz işlərini hansısa kabinetdə görmürlər:
“Onlar işə gedərkən evlərinə sağ-salamat geri qayıdacaqlarından əmin deyillər. Bu baxımdan sözügedən məsələnin diqqətdə saxlanılmasını istəyirəm”.