Onların gəlib, azərbaycanlılara güllə atmasını düşünmürdük

Onların gəlib, azərbaycanlılara güllə atmasını düşünmürdük

KTMT bir neçə epizodda Ermənistana münasibətdə cinayətkar fəaliyyətsizliyini sübut edib.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Biz düşünmürdük ki, KTMT hərbçiləri gəlib azərbaycanlılara atəş açacaqlar. Amma heç olmasa siyasi qiymət görməliydik, amma bunu görmədik. Biz yalnız Ermənistanın suveren ərazisini müdafiə edirik və yalnız Ermənistanın maraqlarını güdürük. Hazırda KTMT heç bir şəkildə hərəkətlənmir.

Eyni zamanda, tərəfdaşlarımızın atmış olduqları addımlara və hərəkətsizliyə görə üzr istəyirəm və məncə, onlar öz maraqlarını izləməyə davam edirlər və bizə də öz maraqlarımızı izləməyə imkan verirlər”, – o bildirib.

Teqlər: