İrəvan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılmasını müzakirə etmir.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O həmçinin bildirib ki, Rusiya sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması məsələsi həll olunub:
“İrəvan və Moskva bunu müzakirə etmir”.
Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin bu ilin avqustun 1-də hava limanını tərk edəcəklərini demişdi. Bu, İrəvanla Moskva arasında ziddiyyətləri daha da dərinləşdirmişdi.