Onların Bakıya qarşı sanksiya çağırışı… – Putinin köməkçisi

Onların Bakıya qarşı sanksiya çağırışı… – Putinin köməkçisi

Həqiqətən də təəssürat yaranır ki, iqlim dəyişikliyi mövzusu getdikcə daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Bakıda COP29-un başlamasına bir ay qalmış ABŞ konqresmenlərinin Dövlət Departamentinə Azərbaycana qarşı sanksiyaların tətbiqi çağırışı ilə müraciət etməsi bunun bariz nümunəsidir.

AzerTimes xəbər verir ki, bunu APA-ya açıqlamasında COP29-da Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev amerikalı konqresmenlərin Azərbaycana qarşı sanksiya çağırış barədə danışarkən deyib.

“Burada geosiyasi kontekst nəzərə alınmalıdır. Azərbaycan strateji baxımdan mühüm mövqe tutur və onunla Qərb arasında münasibətlərdə müəyyən gərginliklər var. Ona görə də iqlim məsələsindən başqa siyasi məqsədlərə nail olmaq üçün istifadə olunduğunu istisna etmək olmaz. Konqresmenlərin müraciəti Azərbaycana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsi ola bilər.

Eyni zamanda, Amerikanın yeni rəhbərliyinin bu məsələdə indiki ilə müqayisədə daha təmkinli olacağını düşünməyə əsas var. Yaşayıb görərik”.

Teqlər: