Effektiv silahlardan istifadəyə nə qədər az məhdudiyyət qoyulsa, Rusiya sülh üçün bir o qədər fəal çalışacaq. Rusiya təyyarələrinin şəhərlərimizə qarşı bombalarla havaya qalxdığı hərbi aerodromlar, Rusiya raketlərinin buraxıldığı yerlər – bunların hamısı məhv edilməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında paylaşıb.
Onun sözlərinə görə, bu cür zərbələr Rusiyanın müharibəni davam etdirmək imkanlarını azaldacaq:
“Raketlər və pilotsuz təyyarələr dövlət suverenliyinin daşıyıcıları deyil, ona görə də onları İran raketləri və pilotsuz təyyarələri ilə olduğu kimi vurmaq üçün kollektiv iradə lazımdır”.