Cari ildə zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan zəlzələdən sağ çıxanları heç kimdən asılı vəziyyətə salmayacaqlarını qeyd edib:
“11 əyalətimizin hamısında dirçəliş və quruculuq işlərimiz davam edir. İitirilmiş ruhlarımızı geri qaytara bilmərik, ancaq maddi itkilərimizi kompensasiya etmək üçün imkanımız var”.