Türkiyə olaraq illərdir terrorla üz-üzəyik. Günahsız insanların həyatına son qoyan terror bəlasına qarşı mübarizəmizi davam etdiririk.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Siz bizim konkret mübarizəmizdə iştirak etməyəcəksiniz, terrorçulara dəstək verəcəksiniz, onlar üçün təhlükəsiz ölkə, sığınacaq olacaqsınız, onlara maddi-mənəvi dəstək verəcəksiniz, məsləhətlər verəcəksiniz. Ondan sonra da NATO-ya daxil olacağıq” deyirsiniz. Niyə? “Mənə hücum olarsa, Türkiyə kömək etsin”. NATO-ya üzv olmağın mənası budur. Bu proses davam edərkən bir də barmağını gözümüzün içinə soxurmuş kimi terrorçu liderin fotosu divarlara proyeksiya olundu. Bu, necə bir anlayışdır? “Mən bildiyimi edərəm” deməkdir bu. Siz bildiyinizi etsəniz, biz də bildiyimizi edəcəyik”, – Akar bildirib.