Rusiya Qərb jurnalistlərinin öz ərazisinə qanunsuz daxil olması ilə bağlı bütün halları qeydə alır və qanunu pozanlara qarşı tədbirlər görüləcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O, Qərb mediasının bu cür fəaliyyətini onların Rusiyaya qarşı genişmiqyaslı hibrid təcavüzün həyata keçirilməsində birbaşa iştirakının sübutu adlandırıb.