Onlar Paşinyanı devirmək istəyirlər – Torosyan

Onlar Paşinyanı devirmək istəyirlər – Torosyan

Bəzi qüvvələr 2026-cı ildə şəffaf şəkildə keçiriləcək seçkilərdə qalib gəlməyəcəklərini bildikləri üçün hakimiyyəti seçkilərsiz ələ keçirmək istəyirlər.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının deputatı Arsen Torosyan deyib.

Deputat Azərbaycanla sərhəddə yerləşən Kirant kəndindən İrəvana doğru başladılan yürüşdən danışıb:

“Təbii ki, ölkəmizdə söz və sərbəst toplaşmaq hüququ var. 2018-ci il çevrilişi də bunun olmasına təminat verdi. Bu hüquqlar hakimiyyətə qarşı da həyata keçirilə bilər. Heç bir fəaliyyət mükəmməl deyil. Amma həmin yürüşün kimlər tərəfindən həyata keçirildiyinə baxmaq lazımdır. O qüvvələr anlayırlar ki, şəffaf seçkilərdə qalib gələ bilməyəcklər. Beləliklə iqtidarı seçkilər olmadan ələ keçirmək istəyirlər. Tavuşdan başlayan demarkasiya prosesinə gəlincə, biz onun sərhədlərimizin və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini dəfələrlə vətəndaşlarımıza izah etmişik və bundan sonra da izah edəcəyik”.

Qeyd edək ki, Qazaxın kəndlərinin təhvil verilməsi və sülh prosesinin əleyhinə olduğunu bildirən “Vətən üçün Tavuş” hərəkatı Kirant kəndidən İrəvana doğru yürüşə başlayıb.

Teqlər: