Onlar özlərini ekspert adlandıra bilməz – Məleykə Abbaszadə

Onlar özlərini ekspert adlandıra bilməz – Məleykə Abbaszadə

Təhsil sahəsində təcrübəsi və elmi məqalələri olmayan, eləcə də elmi konfranslarda çıxış etməyən şəxslər özlərini ekspert adlandıra bilməz.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

O bildirib ki, ekspert sözü məsuliyyət tələb edir: “Təqdim etdiyimiz məlumatları bəzi adamlar özləri də səsləndirir. Deyirlər ki, biz belə düşünürük. Bu məlumatlar onsuz da açıqdır. Valideynlərə hər dəfə deyirik, rəsmi məlumatlara müraciət etsinlər. İstəyən adam statistikaları əldə edib, düzgün qərar verə bilər”.

Teqlər: