Onlar müəllif kinosu adına xələl gətirirlər – Quliyev

Onlar müəllif kinosu adına xələl gətirirlər – Quliyev

Bu gün Azərbaycanda festivallara görə müəllif kinosu adına xələl gətirirlər, festivalın mövzusuna görə filmlər çəkilir, bu, yolverilməzdir. Film ürəklə, vətəndaş mövqeyi ilə çəkilməlidir.

AzerTimes xəbər verir ki, bunu Film Fondunun direktoru Cəmil Quliyev “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.

“Filmlərdə mövzu seçimi aktual məsələdir. Biz müəllif kinosunu inkişaf etdirməliyik. Bu olmasa nə kinomuz inkişaf edəcək, nə də kino tariximizi yaza biləcəyik. Gənclərə dəstək olmaq lazımdır. Onlar üçün meydança olmalıdır. Müəllif kinosu gənclərin çəkdiyi ilk filmlərdən başlayır”, – Quliyev bildirib.

Teqlər: