“Milli Hərəkat”a daxil olan televiziyalardan birinin rəhbərləri birbaşa Saakaşvilini özünə zərər vurmağa çağırıblar.
AzerTimes xəbər verir ki, bu sözləri “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Saakaşvilinin səhhəti ilə bağlı danışanlar spekulyasiya edirlər:
“Konkret adamlar guya Mixail Saakaşvilinin səhhətindən narahat olduqlarını bildirəndə mən xatırlatmaq istəyirəm ki, bunlar Saakaşvilini Gürcüstana ölkəni çaşdırmaq üçün gətirən və onu birbaşa özünə zərər vurmağa həvəsləndirən insanlardır.
Milli Hərəkata məxsus televiziyalardan birinin rəhbərləri birbaşa Saakaşvilini özünə zərər verməyə çağırıblar. Deməli, bu, həmin telekanalların və Milli Hərəkatın siyasəti olub. Yəni, onlar Saakaşvilini Gürcüstana gətirib ölkəni pozmaq üçün məsuliyyət daşıyırlar, həm də açıq şəkildə özünə zərər verməyə çağırmaqda məsuliyyət daşıyırlar. İndi bu insanlar Saakaşvilinin səhhətindən narahat olduqlarını iddia edirlər. Bütün bunlar onu göstərir ki, hər şey boş spekulyasiyadır və əslində heç kimin vecinə də deyil, onlar yalnız Saakaşvilini azad etməklə ölkəni pozmaq istədikləri ilə məşğuldurlar, bunu edə bilməzlər”.
Partiya sədri həmçinin Saakaşvilinin müalicə üçün xarici ölkəyə göndərilməsinə icazə verilməyəcəyini də bildirib.