Yaxın Şərqdə genişmiqyaslı müharibə regionda kövrək sülhə aparan yol ola bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün Teleqram kanalında yazıb.
“Yaxın Şərqdə düyün möhkəmlənir”, – deyə o bildirib.
Medvedyev günahsız qurbanlara görə təəssüfləndiyini bildirib və onları “iyrənc dövlətin – ABŞ-ın girovları” adlandırıb.
“Bu arada, hamıya aydındır ki, tammiqyaslı müharibə regionda qeyri-müəyyən sülhə aparan yeganə yoldur”, – deyə bildirilib.