Oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan bir neçə gün ərzində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək.
AzerTimes xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.
“Əgər siz nəzəri olaraq kollektiv Milli Hərəkatın hakimiyyətə gəlməsini təsəvvür edirsinizsə, məsələn, noyabra qədər, seçkilərdən sonra, mən sizə zəmanət verirəm ki, iki, üç və ya dörd aydan sonra deyil, bir neçə gündən sonra Gürcüstan ikinci cəbhəyə çevriləcək. Məndə olan məlumata əsaslanaraq, buna zəmanət verirəm”, – Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ölkə daxilindəki müxalifət, eləcə də Ukrayna rəhbərliyi Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb.