65 yaşına çatmış şəxslər ad günündəcə işdən çıxarılır.
AzerTimes xəbər verir ki, bunu bu gün Milli Məclisinin plenar iclasında deputat Musa Quliyev deyib.
O qeyd edib ki, Əmək Məcəlləsində dəyişiklik labüddür:
“Bunu parlamentin payız sessiyasına həvalə etmək olar. Təklif odur ki, səhiyyə və təhsil sahəsində çalışan şəxslər üçün son yaş həddi 65 yaşdan 70 yaşa qaldırılsın”.