Onkoloji xəstələr icbari tibbi sığortaya cəlb edilə bilər? – AÇIQLAMA

Xəbər - Humay Ağacanova – Trend:

Onkoloji yardımla bağlı tibbi xidmətin gələcəkdə Xidmətlər
Zərfinə salınması nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda “Onkoloji yardım haqqında” Qanuna
əsasən, onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində
dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

“Tibbi xidmət Səhiyyə Nazirliyinin tabeliyində olan müvafiq tibb
müəssisəsi tərəfindən həyata keçirilir”, – deyə əlavə edilib.

Teqlər: