Alimlər insan beyninin müəyyən nöqtələrinə nüfuz etməklə siqaret, alkoqol və ya narkotik kimi zərərli vərdişlərdən xilas olmağın mümkünlüyünü aşkara çıxarıblar.
AzerTimes xəbər verir ki, aparılan tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.
Tədqiqatın subyektləri illərdir siqaret çəkən nikotin aludəçiləri olub. Bu insanların beynində aparılan araşdırmalar zamanı beynin bir-birilə əlaqəli müxtəlif hissələrində zədələnmələr aşkar edilib. Mütəxəssislər hesab edir ki, bu bölgələrdə aparılan dərin araşdırmalarla hər il dünyada milyonlarla insanın həyatına mənfi təsir göstərən asılılıqların müalicəsi xeyli asanlaşacaq.
“Ümid edirik ki, bu araşdırmadan sonra zərərli vərdişlərin birdəfəlik yox edilməsi ilə bağlı hərtərəfli təsəvvür əldə edəcəyik”, – araşdırmanın koordinatoru nevroloqu Juho Joutsa bildirib.