Oneqa gölündə gəmi batdı

Oneqa gölündə gəmi batdı

Kareliya Respublikasında (Rusiya) Oneqa gölündə kiçikhəcmli gəmi aşıb, nəticədə üç nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Kareliya Nəqliyyat Prokurorluğu Oyatevşina kəndi yaxınlığındakı Oneqa gölündə gəminin aşması ilə bağlı vəziyyəti araşdırır. İlkin məlumatlara görə, üç yaralı xəstəxanaya yerləşdirilib”, – deyə bildirilib.

Teqlər: