On mindən çox cinayət işinin istintaqı tamamlanıb – Kamran Əliyev

Xəbər - Elçin Mehdiyev – Trend:

Ümumilikdə ölkə üzrə hazırkı dövrədək cəmi 10622 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 883-ü prokurorluq orqanlarında istintaq edilib.

AzerTimes-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev cümə günü “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyib.

K.Əliyev bildirib ki, prokurorluq orqanları tərəfindən 571, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8378 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.

Həyata keçirilmiş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər davam etmiş, xüsusən əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 5 qəsdən adam öldürmə cinayətinin peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə təqsirli şəxslər məhkəmə məsuliyyətinə verilib.

Twitter: @ElchinMehdiyev

Teqlər: