Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşmışıq.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Finlandiya müdafiə qüvvələrinin komandanı, general Timo Kivinen çıxış edib.
“Rusiya hücum edərsə, biz döyüşməyə hazırıq. Finlandiya Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşıb. Biz planlı şəkildə hərbi müdafiəmizi xüsusi olaraq orada (Ukraynada – red.) aparılan döyüş əməliyyatlarına uyğun şəkildə qurmuşuq. Biz müdafiə qabiliyyətimizi zirehli texnikadan, aviasiyadan kütləvi şəkildə istifadə etməklə inkişaf etdirmişik”, – Kivinen qeyd edib.