Ömürlük azadlıqdan məhrum edilmiş Şəmsi Səmədzadə əfv
olunub.
Trend xəbər verir ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş
bir sıra şəxslərin əfv olunması haqqında” bu gün imzaladığı
sərəncam ona da şamil olunub.
1966-cı ildə anadan olmuş, Azərbaycan vətəndaşı Ş. Səmədzadə
Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası
Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə məhkum
edilmişdi.