Ömürlük məhkum edilən 3 məhbusun cəzası 25 ilə endirildi

Xəbər - Samir Əli – Trend:

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv Sərəncamı ilə 3 nəfər ömürlük məhbusun cəzası azaldılıb.

AzerTimes-ın məlumatına görə, 2001-ci ildə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu, 2005-ci ildə məhkum edilmiş Əhmədov Araz Vidadi oğlu və 2016-cı ildə ömürlük azadlıqdan məhrum edilən Əliyev Vüqar İbrahim oğlunun cəzası ömürlük həbsdən 25 il cəzaya endirilib.

Teqlər: