Ömürlük məhbus Şəmsi Səmədzadə azadlıqda (FOTO)

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin
Qobustan Həbsxanasında da davam etdirilib.

AzerTimes-ın məlumatına görə, sərəncam bu həbsxanada saxlanılan
məhkumlardan 2 nəfərə şamil olunub.

Onlardan biri 23 il həbsxana həyatı yaşayan ömürlük məhkum, iş
adamı Şəmsi Səmədzadədir. 90-cı illərdə Azərbaycanda tanınmış bir
sahibkar olan Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli
hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Bundan başqa, həbsxanada daha bir məhkuma əfv sənədi verilib.
Müddətli cəza almış məhkum Nurəddin Mustafayev həbsxanadan azadlığa
buraxılıb.

Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv
sərəncamına əsasən 168 nəfər həbsdən dərhal azad edilib, 30 nəfərin
cəzası aşağı salınıb.

Ombudsman Səbinə Əliyeva deyib ki, Prezidentin sayca 68-inci əfv
sərəncamı ilə ilk dəfədir ki, ömürlük cəza çəkən şəxs dərhal azad
edilir. Bundan əvvəl də ömürlük cəza çəkənlər əfv olunub, amma
onların cəzası yarıbayarıya aşağı salınıb, amma indi ilk dəfədir
ki, ömürlük məhkum həbsdən dərhal azad edilir. Buna görə də məhkumu
və ailəsini təbrik edirəm”.

Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri, hüquq
müdafiəçiləri əfv sərəncamının icrasını alqışlayıblar. Əfv olunan
Şəmsi Səmədzadə və digər məhkumu, onların ailə üzvlərini təbrik
ediblər.

Teqlər: