“Omikron”a qarşı vaksin hazırlanır

Xəbər - Orxan Nəbiyev – Trend:

Oksford Universiteti və “AstraZeneca” şirkəti koronavirusun “omikron” ştammı ilə mübarizə üçün nəzərdə tutulan vaksinin hazırlanmasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə “AstraZeneca”nın bəyanatında deyilir.

Eyni zamanda, Oksfordda fəaliyyət göstərən işçi qrupunun rəhbəri Sendi Duqlasın sözlərinə görə, adenovirus əsasında yaradılan vaksinlər “omikron”a qarşı daha çevik reaksiya göstərə bilər.

Tədqiqatçıların fikrincə, vaksinin yeni modifikasiyası 100 gün ərzində yaradıla bilər.

Qeyd edək ki, ilk dəfə noyabrın sonunda Afrikanın cənubunda aşkar olunan koronavirusun “omikron” ştammı hazırda 106 ölkədə qeydə alınıb.