“Omikron” viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur – İnfeksionist

Xəbər - Humay Ağacanova – Trend:

“Omikron” ştammının yoluxduruculuğunun daha çox, inkubasion müddətinin az olması ona gətirir ki, yaxın təmasda olanların əksəriyyəti bu virusa yoluxur.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, yoluxma sayının artması “Omikron” ştammı ilə bağlıdır.

“İndi bir ailədə yoluxma olanda ailənin digər üzvlərinin 90 faizi koronavirusa yoluxur. Xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı eyni qalıb. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Xəstəlik yüngül keçsə də, bu, səhiyyə yükünün müəyyən qədər artması deməkdir”, – deyə o bildirib.

Teqlər: