Xəbər - Orxan Nəbiyev – Trend:
Koronavirusun “omikron” ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.
Sənəddə qeyd olunur ki, yeni ştamm yoluxma sayının kəskin artmasına və ciddi fəsadlara gətirib çıxara bilər.
“Bugünədək “omikron” ştammından ölüm faktı qeydə alınmayıb. Bununla belə, yeni ştamma yoluxma vaksin olunmuş şəxslərdə yüngül formada qeydə alına bilər”, – ÜST-ün açıqlamasında deyilir.
ÜST “omikron” ştammı ilə əlaqədar dünya ölkələrini əhalinin vaksinasiyasını sürətləndirməyə çağırıb.