“Omikron” ştammının mutasiyaları mövcud vaksinlərə qarşı dayanıqlı ola bilər – CDC

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirusun “omikron” ştammında aşkar olunan mutasiyalar onun mövcud vaksinlərə dayanıqlı olmasını ifadə edə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Federal Mərkəzlərinin (CDC) açıqlamasında deyilir.

Qeyd olunur ki, ABŞ hökuməti “omikron” ştammını “narahatlıq doğuran variant” hesab edir. Belə ki, virusun mutasiyaları vaksinlərin effektivliyinin azalmasına gərtirib çıxara bilər.


Eyni zamanda, hələlik ABŞ-da “omikron” virusuna yoluxma faktının qeydə alınmadığı bildirilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Afrikanın cənubunda aşkar edilmiş В.1.1.529 ştammını “narahatlıq doğuran variant” hesab edib. Bir sıra ölkələr Afrikanın cənubundan uçuşları dayandırıb.