Xəbər - Humay Ağacanova – Trend:
“Omikron” ştammının inkubasion dövrü daha qısadır.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, bu ştammın inkubasion dövrü 1-3, bəzən 5 günə qədər davam edir. Yoluxan insanların klinik əlamətləri bu günlər ərzində meydana çıxır.
“Bu infeksiyaya yoluxanların əksəriyyəti peyvənd alıb. Onlar xəstəliyi yüngül keçirirlər və xəstəliyin müddəti 1 həftəni keçmir. Buna görə testi pozitiv çıxanların iki həftə evdə saxlanması məqbul deyil. Bu müddətin bir həftə olması yetərlidir. Bu müddətdə onlarla təmasda olanlarda virus aşkarlanmırsa, demək ki, ətraf üçün təhlükəli deyil”, – deyə o bildirib.