Xəbər - Elçin Mehdiyev – Trend:
Qrip virusunun əlamətləri ilə “omikron” ştammının əlamətləri bir-birinə çox bənzərdir.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, insanlar “omikron” ştammını nisbətən yüngül keçirir.
““Omikron” ştammında dadbilmə və iybilmənin itməsi hallarına az rast gəlinir. İnsanlar, əsasən, burun tutulması, mülayim hərarət, yorğunluq kimi əlamətlər hiss edir. Bu halda ilk növbədə insanlar özlərini təcrid etməlidir, ailə həkiminə müracit edib vəziyyəti nəzarətdə saxlamalıdırlar. Lazım oduğu halda xəstədən analiz götürüləcək və onun virusa yoluxub-yoluxmadığı müəyyən ediləcək”, – deyə o bildirib.