Omikron ştamının Azərbaycana gəlmə riski böyükdür – Təyyar Eyvazov

Xəbər - Çingiz Səfərli – Trend:

COVID-19-un Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür.

Bunu AzerTimes-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə pandemiya ilə bağlı epidemioloji durum stabildir.

“Bayram günlərində insanların təmasları ilə bağlı əhəmiyyətli artımın olması düşünülmür. Lakin Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür. Hələ ki, bu ştamın Azərbaycanda olması rəsmi təsdiqlənməyib. Lakin bu zaman məsələsidir və Omikron ştamının Azərbaycanda aşkarlancağı halda yoluxma saylarında artımın olacağı proqnozlaşdırıla bilər” – T.Eyvazov əlavə edib.

Mütəxəssis Fransada koronavirusun yeni aşkarlanmış “İHU” və ya “B1640.2” adlı variantına da münasibət bildirib. O qeyd edib ki, yeni ştamın xassələri, yəni, yoluxuculuq və xəstəliktörətmə qabiliyyəti haqqında hələ ki, tutarlı məlumatlar yoxdur.

Teqlər: